Polad Bülbüloğlu ilə erməni səfir Rusiya XİN-də çağırılıb - Lavrovun müavinindən xəbərdarlıq
30-09-2020 [00:23]
Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, A.Rudenko Rusiyada yaşayan, yeni iş yerləri açaraq ölkə iqtisadiyyatına əvəzsiz töhfə verməkdə davam edən çox sayda azərbaycanlının xüsusi rolunu qeyd edib.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud hərbi əməliyyatların artması ilə əlaqədar Rusiya Federasiyası ərazisində yarana biləcək millətlərarası gərginliyin qarşısını almaq üçün tədbirlər görmək lazım olduğu qeyd edilib.
Aleksandr Qorovoy isə bildirib ki, Rusiya Daxili İşlər Nazirliyi hər iki icmanın nümayəndələri tərəfindən yerlərdə ola biləcək təxribatların qarşısını almaq üçün ən sərt tədbirlər görəcək. Bura xüsusən, saxlanılma, həbs, vətəndaşlıqdan məhrum etmə və ölkədən çıxarılma daxilidir.
Onlara həmçinin Rusiya ərazisində qalan, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşamaq üçün icazə, yaşayış icazəsi və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilən şəxslərin sayı barədə statistik məlumatlar verilib.
Görüş zamanı Rusiya tərəfi Səfirliyin Rusiyadakı azərbaycanlılara və diaspora təşkilatlarına ölkənin qanunlarına riayət etmələri üçün müraciətləri müsbət qiymətləndirib.
Səfirlik bir daha Rusiya Federasiyasında yaşayan bütün həmvətənlərini hər hansı bir qanunsuz hərəkətdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və müstəsna qanun çərçivəsində fəaliyyət göstərməyə çağırıb/Report.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib