Paşinyan səksəkədə: erməni Baş nazir son iki gündə ikinci dəfə Putinə zəng etdi

img

29-09-2020 [21:00]


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonda danışıb.

Mia.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Paşinyanın təşəbbüsü ilə baş tutan telefon danışığında Qarabağdakı vəziyyət müzakirə olunub.

Məlumata görə, tərəflər atəşin dayandırılmasını vacib sayıblar: "Putin hərbi əməliyyatlardan narahatlığını ifadə edib və atəşin dayandırmasının vacibliyini vurğulayıb".

Xatırladaq ki, Paşinyan dünən də Putinə zəng edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı