"Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə mövcud deyil” - MN-dən daha bir açıqlama

img

29-09-2020 [20:01]


“Biz bugünkü bəyanatda da bildirmişik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə mövcud deyil”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edək ki, İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA