Sesiaşvili: “Heç bir ölkə hərbi yükləri Gürcüstan ərazisindən daşıya bilməz"

img

29-09-2020 [17:57]


“Heç bir ölkə Gürcüstan ərazisindən Dağlıq Qarabağ münaqişəsində istifadə üçün hərbi yüklərin daşınması üçün istifadə edə bilməz”.

Bunu Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili deyib.

O qeyd edib ki, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsindəki açıq mövqeyi neytrallıqdır: “Hər hansı bir dövlətin Gürcüstandan öz hərbi məqsədləri üçün tranzit ölkə kimi istifadə edə biləcəyinə dair heç bir ümidi yoxdur. Bütün tərəflər üçün bunu etməkdən açıq şəkildə imtina etmişik. Bizim beynəlxalq ictimaiyyətə çağırışımız atəşkəs və sülh danışıqları üçün daha çox vaxtın sərf edilməsidir. Gürcüstan regional sülhdə maraqlıdır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı