Azərbaycanda qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçiriləcək - Bu tarixdən

img

29-09-2020 [13:07]


Oktyabr ayının 12-dən başlayaraq bir ay ərzində respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçiriləcək.

Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı “2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmrdə yer alıb. 

Əmrdə əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri əks olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı