Düşmənin daha bir tankı vuruldu: “Bugünkü döyüşlərdə helikopterlərdən istifadə olunmur”

img

29-09-2020 [12:36]


"Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır".

Mia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib: "Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib".

O, daha sonra deyib ki, bu gün düşmənin daha bir tankı məhv edilib.

Vaqif Dərgahlı bildirib ki, keçmiş Ağdərə rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA