“Düşmənin Uraqan” yaylım atəş sistemi və artileriya rəisi məhv edilib" - Azərbaycan Ordusunun uğurlu əməliyyatı davam edir

img

29-09-2020 [11:12]


“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib. 

O bildirib ki, Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir:  "Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR