Əcnəbi futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar

img

29-09-2020 [10:11]


Ermənistanın “Lori” klubunda çıxış edən panamalı futbolçular Manuel Varqas və Karlos Qutyerres ölkəsinə qayıtmaq istəyir.

Bunu oyunçular özləri ölkələrinin mətbuatına açıqlamasında deyiblər.

Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıq keçirən futbolçular tezliklə Panamaya dönməyin yollarını axtarırlar. Varqas bununla bağlı klub rəhbərliyinə müraciət etdiklərini də söyləyib. O, hətta Panamaya yollanmaq üçün yerli Xarici İşlər Nazirliyindən kömək istədiklərini əlavə edib.

Qeyd edək ki, həm Manuel Varqas, həm də Karlos Qutyerres “Lori”yə ötən ay keçib/Apasport.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA