Ceyhun Bayramov Britaniyalı nazirlə telefon söhbətində: "Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirir"

img

29-09-2020 [09:49]


Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, V.Morton bölgədə gərginliyin aradan qaldırılmasının və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

C.Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

Ermənistan silahlı qüvvələrinin bundan öncə olduğu kimi Azərbaycan mülki şəxslərini və obyektlərini hədəfə aldığını qeyd edən nazir, bunun işğalçı ölkə tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR