Rəsmi Pekindən Qarabağdakı döyüşlərə reaksiya: "Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaq və..."

img

28-09-2020 [12:38]


Çin hökuməti Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.

TASS xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“Çin bölgədə sülh və sabitliyin qorunmasının bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, əlaqədar tərəflər təmkinli olacaqlar və qarşıdurmanın daha da artmaması üçün tədbirlər görəcəklər”, - o, deyib.

“Tərəflərin fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklərinə ümidvarıq", - diplomat söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR