Prezidentin köməkçisi: "Ordumuz öz rəşadətli missiyasını həyata keçirir"
27-09-2020 [14:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib.
Mia.az xəbər verir ki, bu sözləri sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayan Hikmət Hacıyev deyib: “Dövlətimizin başçısı müraciətində Ermənistanın təxribatının mahiyyətini xalqa çatdırıb. Prezident BMT kürsüsündən dünya ictimaiyyətinə Ermənistanın törətməyə hazırlaşdığı təxribat barədə məlumat verib. Ali Baş Komandan bir müddət əvvəl KİV-ə müsahibəsində də bu barədə ətraflı məlumat verib”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dövlətimizin başçısı xalqa müraciətində Ermənistanın davranışının mahiyyətində faşizm xisləti durduğunu bir daha bildirib. H.Hacıyev deyib: “Biz bunun nəticələrini bu gün səhər saat 06:00 radələrində gördük. Ermənistan silahlı bölmələri mülki əhalini, kəndləri atəşə tutdular, mülki əhalini bir daha hədəfə aldılar. Azərbaycanın mülki əhalisi arasında xəsarət alanlar var. Prokurorluq bu barədə araşdırma aparır, dəymiş zərər qiymətləndirilir”.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirir: “Bu əməliyyatların təfərrüatı barədə ola bilər ki, hərbi sirr olduğu üçün indi tam təfsilatı ilə məlumat verilmir. Amma Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu da torpaqlarımızın işğaldan azad edilməsidir. Bu gün səfərbərlik əhval-ruhiyyəsi hamını sevindirir. Düşməni də qorxudan budur. Beynəlxalq ictimaiyyətə də Ermənistanın təxribatları barədə məlumat verildi”.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb