Mərkəz rəhbəri: "Ermənistanın bu təxribatı tutarlı şəkildə cavablandırılacaq"
27-09-2020 [14:50]
"Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan hərbi qüvvələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan mövqelərinə hücuma keçib. Hazırda Azərbaycan tərəfi məcburən əks tədbirlər görməkdədir. Ermənistanın bu yeni hücumu ölkənin yeni hərbi doktrinası olan “yeni ərazilər uğrunda yeni müharibə” şüarından irəli gəlir. Bunu açıq-aşkar Ermənistanın müdafiə naziri David Tanoyan da 2019-cu ilin martında Nyu-Yorkda çıxışı zamanı bəyan edib".
Mia.az verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatları şərh edərkən deyib.
O bildirib ki, son 2 il ərzində Ermənistanın yeni rəhbərliyi verdiyi ilkin vədlərə baxmayaraq, mütəmadi olaraq diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub: "2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. Artıq həmin ilin sentyabrında tərəfimizdən ölkələrin post-danışıqlar dövrünə qədəm qoyduğu açıqlanıb. Buna sübut olaraq, qeyd edə bilərik ki, 2020-ci ilin mart-aprel aylarında Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar prosesində hər hansı sənədin olmadığını bəyan edib. Faktiki olaraq, bununla da son 13 ildə Madrid Prinsipləri üzərində aparılan danışıqlar iflasa uğrayıb. Qeyd etmək yerinə düşər ki, ilk dəfə Madrid Prinsipləri 2007-ci ildə açıqlanıb.
Beləliklə, diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb və məhz bu ölkənin təxribatı nəticəsində hazırda yalnız hərbi müstəvi mövcuddur. Ölkə başçısı İlham Əliyevin bu günki təxribatla bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı Azərbaycan tərəfindən tutarlı şəkildə cavablandırılacaq".
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib