MN: "CƏBHƏ BOYU ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR" - Düşmənin çoxlu sayda canlı qüvvəsi, döyüş texnikası və hərbi obyektləri məhv edilib

img

27-09-2020 [12:21]


Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər: "Bütün cəbhə boyu şiddətli döyüşlər gedir".


Digər xəbərlər
SON XƏBƏRLƏR