Sabiq deputat prorektor vəzifəsindən çıxarıldı - Rektorun müşavirinə yüksək vəzifə verildi

img

25-09-2020 [20:53]


Azərbaycan Tibb Universitetində yeni prorektor təyinatı olub.

Universitetdən Mia.az-a verilən məlumata görə, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Məlumata görə, Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini, sabiq deputat professor Rafiq Məmmədhəsənov icra edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA