Ramin Bayramlı professora vəzifə verdi - TƏBİB-də daha bir təyinat

img

25-09-2020 [17:52]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.

TƏBİB-dən Mia.az-a verilən məlumata görə, bu vəzifəyə Akif İrzaxan oğlu Qurbanov təyin olunub.

Məlumata görə, tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub