"Neftçi"nin yeni transferi milli komandaya çağırıldı

img

25-09-2020 [16:02]


Oktyabrda Qambiya seçməsi ilə yoldaşlıq oyunu keçirməyi planlaşdıran Konqo millisinin heyəti açıqlanıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Valdo Filo Portuqaliyada təşkil olunacaq matç üçün 21 futbolçuya dəvət göndərib.

Onların arasında "Neftçi"nin yeni transferi Prins İbara da var.

Qeyd edək ki, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsus 24 yaşlı hücumçu paytaxt klubunda cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək

Digər xəbərlər
SON XƏBƏRLƏR