Azərbaycan məktəbliləri beynəlxalq informatika olimpiadasında 3 medal qazanıb
25-09-2020 [15:41]
Sinqapurda təşkil olunan 32-ci beynəlxalq informatika olimpiadası başa çatıb.
“Azercell”dən Mia.az-a verilən məlumata görə, 13-19 sentyabr tarixlərində baş tutan bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Şirkətin dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.
Bu beynəlxalq yarışmada Azərbaycanı dörd məktəblidən ibarət komanda təmsil edib. Onlar onlayn formatda keçirilən olimpiadaya ADA Universitetindən qoşulublar. Şagirdlərimiz olimpiadadan öncə AR Təhsil Nazirliyinin təşkilatçılığı və “Azercell”in dəstəyi ilə xüsusi hazırlıq dərsləri keçiblər.
İki mərhələdən ibarət olan olimpiadanın hər günü şagirdlərə 3 alqoritmik tapşırığı həll etmək və proqramlaşdırmaq üçün 5 saat vaxt verilib. Gərgin keçən yarışma nəticəsində komanda üzvlərindən üçü – Gəncə şəhəri M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, AR Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən bu mötəbər müsabiqədə təmsil olunur. Bu 25 il ərzində şagirdlərimiz 5 medal – 1 gümüş, 4 bürünc medal qazanıblar. Odur ki, təkcə bu il komandamızın 3 medal əldə etməsini rekord göstərici kimi qiymətləndirmək olar.
Məktəblilərimizin bu nüfuzlu yarışmada möhtəşəm nəticə göstərməsi Azərbaycanda elm və təhsil sisteminin böyük potensialından xəbər verir. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Builki nəticə bir daha onu təsdiqləyir ki, şirkətin Təhsil Nazirliyi və digər qurumlarla effektiv əməkdaşlığı ölkədə xüsusi istedadlı şagirdlərin aşkarlanması, onların özünütəsdiqi və inkişafı üçün lazımi şərait yaradır.
1989-cu ildən etibarən keçirilən beynəlxalq informatika olimpiadası bütün dünyadan iştirakçıları əhatə edən azsaylı yarışmalardan biridir. Bundan əvvəl Olimpiada Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və sair şəhərlərində keçirilib. Ötən il 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanın paytaxtında təşkil olunmuşdu. Bakıda keçirilən olimpiadada “Azercell” şirkəti istedadların rəqəmsal sponsoru qismində təmsil olunmuşdu. Bununla yanaşı, “Azercell” həm də yarışma iştirakçıları ilə birlikdə onları müşayiət edən nümayəndə heyətini üzvlərini mobil internetlə təmin etmişdi.
Xatırladaq ki, ölkəmizdə COVID-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunan sosial təcrid şəraitində də “Azercell” müəllim və məktəblilərin yeni tədris üsullarına uyğunlaşmasına və tədris effektivliyinin artırılması məqsədilə AR Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində müəllimlərə 5GB həcmində mobil internet hədiyyə edib. Eyni zamanda, qəbul imtahanları zamanı yüksək bal toplamış 10 nəfər abituriyent “Azercell” tərəfindən planşet və daha 300 nəfər isə “Busuu” xarici dil öyrənmə əlavəsinə pulsuz abunəlik qazandı. Bundan əlavə, şirkət aprel, iyul döyüşlərində şəhid olmuş hərbçilərin tələbə övladları üçün xüsusi Tələbə Təqaüdü, məktəbə qədəm qoyan övladları üçün isə hədiyyələr təqdim etdi.
“Azercell Telekom” fəaliyyəti boyunca Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olub, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına töhfəsini əsirgəməyib.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO