"...o, indi Azərbaycanın Milli Qəhrəmanıydı" - Deputat məktəbə buraxılmayan qazi müəllimdən yana nazirə səsləndi
25-09-2020 [15:15]
Aqil ABBAS,
Milli Məclisin deputatı
***
Bu günlərdə Qarabağ qazisi Bakı şəhər Suraxanı rayonundakı 281 nömrəli məktəbin müəllimi Vaqif Əlisoyun təhsil naziri Emin Əmrullayevə ünvanladığı bir müraciətini ürək ağrısı ilə oxudum və həmin müraciəti də saytımızda yerləşdirdik, qəzetdə də dərc elədik.
Vaqif Əlisoy 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilib.
Hörmətli nazir, əvvəla Vaqif Əlisoyun 65 yox, 60 yaşı var, bu məsələyə qayıdacağıq.
Mən həmişə demişəm, bu mənim subyektiv fikrimdi, orta məktəb ali məktəb üçün kadr hazırlayan təşkilat deyil. Orta məktəbin birinci vəzifəsi vətəndaş hazırlamaqdı. Canı ilə, qanı ilə, ruhu ilə bu Vətənə, bu dövlətə bağlı olan VƏTƏNDAŞ!
Təbii ki, istedadlıları, savadlıları ali məktəbə daxil olacaq, orda həm mütəxəssis kimi, həm də bir vətəndaş kimi daha da yetkinləşəcəklər. Və bütün orta məktəbləri bitirənlər də ali məktəbə daxil ola bilmir, ya peşə məktəblərinə üz tutur ki, peşə sahibi olsun, ya da gedib digər sahələrlə – əkinçiliklə məşğul olur, sürücülük edir, bənnalıq edir, daş yonur və sair və ilaxır. Yəni bir vətəndaş kimi bu millətə, bu dövlətə qulluq edir.
Ağa Laçınlı «Səmimiyyət» adlı şeirində deyir:
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan aşağı qalar.
Və Ağa Laçınlının təbirincə desək:
Bir ölçü götürsək vətəndaşları
Alimlər var ki adi bir çobandan aşağı qalar.
Vaqif Əlisoy əsl vətəndaşdı və şagirdlərini də bir vətəndaş kimi yetişdirib. Şagirdlərinin başqa uğurlarını qoyuram bir kənara, şagirdləri bu Qarabağ qazisini məhz ona görə sevirdilər ki, onları bu millət, bu dövlət üçün yararlı bir vətəndaş kimi tərbiyə edirdi . Bu sirr deyil ki, orta məktəblərdə kişi müəllimlərin sayı heç 10-15 faiz təşkil etmir. Həm də məktəblərdə kişi müəllimlərinə ehtiyac var. Belə bir vaxtda bir kişi müəllimini təqaüdə göndərmək nə dərəcədə məqsədəuyğundur? Özü də həm müəllim kollektivinin, həm də məktəb direktorunun böyük hörmətlə yanaşdıqları bir Qarabağ qazisini, bir kişini.
Söhbəti uzatmayım, gələk yaş məsələsinə. Vaqif müəllimin 65 yaşı yoxdu, 60 yaşı var. Çünki o, ömrünün 5 ilini əlində silah səngərlərdə keçirib. Nə gecəsi olub, nə gündüzü, nə rahatlığı, nə yemək-içməyi, nə ailəsini görüb, nə şagirdlərini. Qanın-qadanın içində keçən 5 il. Əslində bu 5 il ən şərəfli bir ömürdü, amma bu 5 ili yaşamayıb ki.
Evi-eşiyi, kəndi-kəsəyi, yurdu-yuvası viran qalıb. Özü, ailəsi, nəsil-nəcabəti çöllərə düşüb. Nə qədər əzizi şəhid olub.
Vaqif Cəbrayılzadə Səttar Bəhlulzadə haqqında yazır:
Ölsəydi
bu dünyanın qara torpaqları
dolduramazdı
qocanın üz qırışlarını.
İndi Vaqif Əlisoyun sifətinə baxmaqla bir insanın nə qədər ağrı-acı çəkdiyini görmək olar.
Vaqif Əlisoy ümumiyyətlə, bəxti gətirməyən adamdı. Ermənilərlə müharibədə də heç bəxti gətirmədi, döyüşdə vurulub şəhid olsaydı, indi Azərbaycanın Milli Qəhrəmanıydı.
Hörmətli Nazir!
Siz rəsmi ad almayan Azərbaycanın Milli Qəhrəmanı Vaqif Əlisoya bir müəllimliyi çox görməyin!
Sağ olun!
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub