Həyat yoldaşı: "Fəxrəddin Manafovun vəziyyəti yaxşıdır"

img

25-09-2020 [14:17]


Ötən gün səhhətində problem yaranan Xalq artisti Fəxrəddin Manafovun vəziyyəti yaxşıdır.

Mia.az Open.az-a istinadla xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı məlumat yayıb.

Bildirlib ki, böyrək sancılarından əziyyət çəkən Xalq artisti ötən gün Mərkəzi Klinikaya aparılıb. Həkimlərin ilkin müayinə və müalicəsindən sonra Fəxrəddin Manafov evə buraxılıb.

Hazırda səhhəti qənaətbəxş olan Xalq artistinin müalicəsi ev şəraitində davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA