Karantin rejimi qaydalarını pozan çay evinin sahibi və 4 müştərisi cərimələndi

img

25-09-2020 [12:23]


Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan ictimai-iaşə obyekti aşkar edilib.

L.Məmmədbəyli küçəsində yerləşən “041 Lounge” çay evinin qapalı otaqlarında “playstation” oyunları oynanılaraq xüsusi karantin rejimi qaydalarının pozulması müəyyən olunub.

Obyektin sahibi və orada olan 4 müştəri polis bölməsinə dəvət olunublar. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokollar tərtib edilib.

Sahibkarlıq obyektinin sahibi və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA