Ceyhun Bayramov Gürcüstan Parlamentinin Sədrinin müavini ilə görüşüb
24-09-2020 [18:13]
Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin Sədrinin müavini Kaxaber Kuçava ilə görüşüb.
XİN-dən Mia.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında dostluq və mehriban qonşuluq prinsipləri əsasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndiyini məmnunluqla qeyd ediblər. Bu xüsusda, ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin, həmçinin ölkələrin iştirakı ilə həyata keçirilən birgə regional layihələrin bölgədə sülh, təhlükəsizlik və rifaha töhfə verdiyi bildirildi.
İkitərəfli münasibətlərimizin əsasında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət prinsipinin dayandığı bildirildi və ölkələrimizin bir birinin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verdiyi vurğulandı.
Azərbaycan-Gürcüstan Parlamentləri arasında əlaqələrə toxunan tərəflər, bu əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli səylərin artırılmasının vacibliyini səsləndirdilər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin daha da gücləndirməsində əhəmiyyətli rol oynadığı qeyd olundu.
Gürcüstan Parlamentinin Sədrinin müavini Kaha Kuçava Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən hadisələr ilə bağlı şəxsən nazirə və Azərbaycan xalqına başsağlığını bildirdi və bölgədə mövcud olan münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd etdi.
Xarici İşlər naziri Ceyhun Bayramov öz növbəsində dövlətlərimizin ortaq tarixi, mədəniyyət və ənənələri bölüşdüyü kimi, ortaq təhlükəsizlik təhdidləri ilə də qarşılaşdığını vurğulayaraq, bu xüsusda bölgədə həll olunmamış münaqişələri qeyd etdi.
Nazir Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari gərgin vəziyyət barədə qarşı tərəfi məlumatlandırdı. Ermənistanın hazırkı rəhbərliyinin davam edən təxribatçı bəyanat və fəaliyyətinin münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olundu.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda nazir Ceyhun Bayramov Gürcüstan Parlamentinin xətirə kitabını imzaladı.
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama