UEFA Gənclər Liqasının formatını dəyişdi

img

24-09-2020 [17:41]


UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.

2020/2021 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.

Bu qərar pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi ilə əlaqələndirib. Bu raundun oyunları 2021-ci ilin martında olacaq. Digər detallarla bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə "Qəbələ"nin U-19 komandası təmsil edəcək./Report 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:33 23.10.2020

Xəzərdə zəlzələ olub