"BÜTÜN QRUPLAR ÜZRƏ 5751 BOŞ YER QALIB" - Məleykə Abbaszadə qruplar üzrə vəziyyəti açıqladı, yeni mesajlar verdi
24-09-2020 [17:03]
"Ümumilikdə bütün qruplar üzrə 5751 boş yer qalıb. Onların da 3048-i II qrupun payına düşür".
Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Milli Konservatoriyasında plan yerləri 98 faiz, Azərbaycan Dillər Universitetində 95 faiz, Bakı Dövlət Universitetində 93 faiz dolub: "Bunlar çox yüksək göstəricilərdir. Qəbul planı ən aşağı faizlə dolan Azərbaycan Kooperasiya Universitetidir - 62%, Azərbaycan Əmək və Sosial Akademiyası da aşağı faizlə dolan universitetlər sırasındadır. Bu il kifayət qədər subbakalavr da ali məktəblərə qəbul olunub. Ən çox subbakalavr Gənc Texnologiya Universitetinə qəbul olunub - 36 faiz. Sonrakı yerdə 53 faiz ilə Bakı Biznes Universiteti qərarlaşıb".
DİM sədri bildirib ki, I qrupda Azərbaycan bölməsində boş qalan yerlər 1309-dur: "Bu qrupda ümumi vakant yerlərin sayı 1762-dir. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Əlavə yerləşdirmə zamanı düzgün ixtisas seçsələr, onlar hamısı universitetə qəbul ola biləcəklər. Bu qrupda 150-dən çox bal toplayanların sayı isə 2 013 nəfərdir. I qrupda ali məktəbə qəbul ola bilməyən 1 000-dən çox subbakalavr da vur.
Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176-sı boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyənlərin sayı cəmi 2 nəfərdir. Həmin abituriyentlər də düzgün ixtisas seçsələr qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir".
M.Abbaszadə qeyd edib ki, II qrupda vakant yerlərin sayı 3048-dir: "Bu qrupda Azərbaycan bölməsində boş qalan yerlərin sayı 1 727-dir. 150 baldan yuxarı nəticə göstərib qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1 500 subbakalavr var. Bu qrupda rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur".
"III qrupda vəziyyət həmişə olduğu kimi gərgindir. Bu qrupda ümumilikdə vakant yerlərin 296-dır. Azərbaycan bölməsində boş qalan cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer qalıb. III qrupda 200 baldan yuxarı nəticə göstərib kənarda qalan abituriyentlərin sayı 2 157 nəfərdir. III qrupda ali məktəbə qəbul ola bilməyən 2 000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər. Bəlkə də onlar rus bölməsi üzrə qəbul oluna bilərlər, amma Azərbaycan bölməsində şansları yoxdur"- M.Abbaszadə qeyd edib.
DİM sədri bildirib ki, IV qrupda ümumilikdə boş qalan vakant yerlərin sayı 555-dir: "Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Bu qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycana bölməsində 200 baldan yuxarı nəticə göstərib kənarda qalanların sayı 52 nəfərdir. Onların da ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir. Bu qrupda rus bölməsində təxminən 900 nəfər subbakalavr ali məktəbə qəbul ola bilməyib. Onlar da boş qalan yerlər üçün sənəd verə bilərlər.
V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub".
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb