Asiya İnkişaf Bankı Azərbaycana 455 min dolları həcmində texniki yardım ayrıb
24-09-2020 [15:04]
“Yeni klinika” tibb müəssisəsində Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə birgə “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Mia.az-a bildirilib ki, tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Agentliyin İdarə Heyəti sədrinin müavini bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ölkələr arasında qarşılıqlı fəaliyyət və birgə əməkdaşlığa zərurət yaranır: “Bu istiqamətdə Asiya və Sakit okean regionu ölkələri üçün əsas inkişaf tərəfdaşı kimi çıxış edən AİB-nin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu günədək AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Əməkdaşlıq və dəstəyin növbəti nümunəsi olaraq, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən ölkəmizə sözügedən layihə çərçivəsində 455 min ABŞ dolları həcmində texniki yardım ayrılıb. Bu yardıma tibb işçiləri üçün fərdi qoruyucu vasitələr, o cümlədən kombinezon, N95 respirator maska, qoruyucu eynək və digər tibbi ləvazimatlar daxildir”.
N.Bayramova AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərinə göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
N.Mannapbekovun sözlərinə görə, Agentlik və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi də daxil olmaqla, ölkənin səlahiyyətli qurumları ilə güclü əməkdaşlıq fərdi qoruyucu vasitələrin ölkəyə çatdırılması prosesini dörd hissəyə bölməyə imkan verib: “Daha təcili və yüngül mallar iki dəfəyə hava yolu ilə, digərləri isə dəniz yolu ilə çatdırılıb. Bunlar koronavirusla mübarizədə ön cəbhədə çalışan səhiyyə işçilərini qorumağa, infeksiyanın qarşısının alınmasını və nəzarəti gücləndirməyə kömək edən fərdi qoruyucu vasitələr, bioloji zərərli maddələr üçün paketlər və respiratorlardır”.
O bildirib ki, AİB ölkəmizin pandemiyaya qarşı təsirli cavab verməsi üçün əlavə mənbələrin səfərbər edilməsi məqsədilə Azərbaycan hökuməti və inkişaf tərəfdaşları ilə birgə çalışmağı davam etdirəcək
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)