"Nömrə əvvəl bir avtomobildə olub, sonra..." - Adil Əliyevdən oğlu ilə bağlı yayılan iddialara maraqlı reaksiya + FOTOLAR

img

24-09-2020 [14:25]


Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıılıb. Xəbəri sosial şəbəkədə xaricdə yaşayan blogger Həbib Müntəzir paylaşıb.

Mia.az-ın Yenisabah.az-a istinadla məlumatına görə, o, bildirib ki, A. Əliyevin 27.02.1997-ci il təvəllüdlü oğlu Əli Əliyev dövlət nişanlı 99-HA-999 nömrə ilə bir neçə maşına sahibdir:

“Bildiklərim bunlardır, BMW X5 M, Porsche Panamera GTS və Jiquli VAZ-2107 (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə Cadillac Escalade sürür. Bəzən nömrəni BMW X5 M dəyişərək də qanunsuz olaraq istifadə edir”.

Mia.az xəbər verir ki, Adil Əliyev bu xəbərə belə cavab verib.

“ Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli, nömrə mövcüddü. Ancaq avtomobil kolleksiyası mövcüd deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyasıilə idarə olunan, bəzi həmyerlilərimiz var. Təsəvvür eliyə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomolə vurmaq olar? 

Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub. Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit.

Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanlarında BMW-si var. Küçələr doludu köhnə işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz. Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. 

Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən. Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, məndə əli-əyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik. Ona görə də, bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizlərin vasitəsilə həyata keçirirlər. Sizlərdə bu yalanların alətinə çevrilirsiniz. 

Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq sizlərin yalan üzərində qurduğunuz oyunlar, cinayətdən başqa bir şey deyil. Bir də kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR