Nazir: “Bugünkü görüşdə humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadı”

img

24-09-2020 [13:12]


“Bu gün həyata keçirdiyimiz danışıqlar zamanı nümayəndə heyətləri humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadılar”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlətlərarası əlaqələrin gücləndirilməsində humanitar əlaqələrin artırılması xüsusi önəm kəsb edir. 

“Yaxın zamanlarda biz bu tam həcmli əməkdaşlığın bəhrəsini və nəticəsini görəcəyik. Biz təhsil sahəsində olan əməkdaşlıq əlaqələrindən də danışdıq. Bildiyiniz kimi, Gürcüstanda Azərbaycan dilli məktəblər fəaliyyət göstərir və mütəmadi olaraq Azərbaycan tərəfindən dərsliklərin mübadiləsi həyata keçirilir. Tələbə mübadiləsi ilbəil artırılır. Bir məsələni də qeyd edim ki, Azərbaycan və Gürcüstan arasında intensiv səyahətlər həyata keçirilir. 2019-cu ildə Azərbaycandan Gürcüstana 1,5 milyon ziyarətçi gəlib və Azərbaycan ən çox turist göndərən ölkə idi. Bu gün bir istiqamətə də xüsusi diqqət yetirildi və razılıq əldə edildi. Aidiyyəti qurumlar vahid turizm marşrutunun təqdim edilməsi barədə razılığa gəlib. Bu, bölgəyə üçüncü ölkələrdən turizm axınına səbəb olacaq. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra bu istiqamətdə fəaliyyətlərin bəhrəsini müşahidə edəcəyik., - deyə C. Bayramov qeyd edib/APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR