XİN başçısı: “Gürcüstan-Azərbaycan əməkdaşlığı bölgədə sabitliyə xidmət edir”

img

24-09-2020 [12:38]


“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq ildən-ilə genişlənir”.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq bölgədə və bölgədən kənarda sabitliyin təmin olummasına xidmət edir. “Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin Baş Assambleyasında Azərbaycanın Gürcüstanın təşəbbüskarı olduğu qətnaməni dəstəkləmsini yüksək qiymətləndiririk”.

D.Zalkaliani azərbaycanlı həmkarınin onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib: “Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdıdır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR