Mikayıl Cabbarov hədəfləri açıqladı
24-09-2020 [12:23]
“AzerGold” QSC-nin istiqraz emissiyası ilə bağlı 3 əsas fikri bölüşmək istərdim. Bunlardan biri emissiyanın şirkətin fəaliyyətinə müsbət təsiri, digər fikir prosesin dövlət mülkiyyətində olan müəssisələrin səmərəliliyi üçün imkanlar yaratması, üçüncü fikir isə ölkə iqtisadiyyatına müsbət təsirlə bağlıdır".
Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Ölkə prezidentinin qarşımızda qoyduğu hədəf ondan ibarətdir ki, dövlət mülkiyyətində olan şirkətlər tam rəqabətli, beynəlxalq standartlara uyğun, korporativ idarəetmə prinsiplərini əsas tutan müəssisələrə çevrilməli, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməlidir. Bu mənada istiqrazların buraxılışı bizim üçün vacibdir. İqtisadiyyat Nazirliyi “AzərGold”un Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən bir sıra funksiyaları yerinə yetirir və əminəm ki, istiqrazların uğurla yerləşdirilməsi müəssisənin maliyyə dayanıqlığının, şəffaflığının, institusional və fərdi investorlarun ona inamının göstəricisi olacaq. Həmin bazardan cəlb edilmiş vəsaitlər yeni yataqların işlənilməsinə, şirkətin fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. İlkin əldə etdiyimiz məlumata görə, bu istiqrazlara maraq çox yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik. Bu işdə iştirak edən maliyyə institutlarına, "Bakı Fond Birjası" QSC-yə təşəkkür edirəm", - deyə o, qeyd edib.
"Dövlət müəssisələri bu maliyyə alətindən indiyə qədər nadir hallarda istifadə edib. İndiyənə qədər dövlət şirkətləri arasında yalnız daxili bazarda iqtisadiyyatımızın flaqmanı olan SOCAR-ın qiymətli kağızları dövriyyəyə çıxarılıb. Qeyi-neft sektorunu təmsil edən, bu sektorun əsas ixracatçılarından olan “AzerGold”un qiymətli kağızlarının bazarda daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl imkanlar açır. Çünki digər dövlət müəssisələri üçün də alternativ maliyyələşmə imkanı açılır. Çalışacağıq ki, gələcəkdə digər şirkətlərimizə də dəstək olaq, yardımçı olaq. Tamamilə aydındır ki, bu növ əməliyyatlar və kapital bazarlarının inkişafı bütün tərəflərə faydalıdır. Həm qiymətli kağızları yerləşdirən, yəni kapitala ehtiyacı olan müəssisələrə, həm də ki, qiymətli kağızları alan investorlara", - deyə M.Cabbarov əlavə edib.
"Nəhayət ölkə iqtisadiyyatına təsiri barədə söyləyək. Bilirsiniz ki, bizim əsas hədəfimiz ölkənin iqtisadiyyatının davamlı inkişafıdır və bunun üçün kapital bazarlarının inkişafı, kapitala çıxış, maliyyə alətlərinin genişləndirilməsi zəruri olan alətlərdir. Hesab edirəm ki, bu mənada da bugünkü hadisə əlamətdar haldır, iqtisadiyyatın maliyyə dayanıqlığının artırılması, yalnız dövlət sektorunda deyil, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələr üçün gözəl bir nümunə kimi çıxış edə bilər. İqtisadiyyat Nazirliyi olaraq biz bu halların gələcəkdə sayının artmasını dəstəkləməyə hazırıq”, - deyə nazir fikrini tamamlayıb/Report.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub