İnvestAZ mənimsəmə barədə xəbərlərə aydınlıq gətirdi: "Orada fərqli şirkətdən söhbət gedir, bunun bizə  aidyyatı yoxdur"

img

24-09-2020 [12:05]


İnvestAZ İnvestisiya Şirkəti türkiyəli iş adamının vəsaitlərini mənimsənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Şirkətdən Mia.az-a daxil olan açıqlamada deyilir:

"Bugün Azərbaycan mediasında, müxtəlif xəbər saytlarında Türkiyə mediasına istinadən İnvestAZ şirkəti ilə bağlı qətiyyən həqiqətə uyğun olmayan, təhrif olunmuş xəbərlər yayılıb.

İnvestAZ Azərbaycanda lisenziyalı İnvestisiya Şirkətidir və marja xidməti şirkətimizin çoxsaylı investisiya xidmətlərindən yanlız biridir. Türkiyədə fəaliyyət göstərən İnvestAZ Yatırım Menkul Değerler A.Ş. və Azərbsycanda fəaliyyət göstərən İnvestAZ İnvestisiya Şirkəti QSC ayrı-ayrı fərqli şirkətlərdir, sözü gedən məsələnin isə İnvestAZ İnvestisiya Şirkəti QSC-yə heç bir aidiyyəti yoxdur.

Sözü gedən məsələ ilə bağlı Türkiyədəki İnvestAZ şirkətinin məlum şəxslə qarşılıqlı iddiaları üzrə məhkəmələri və prosesləri davam edir. Bu şəxsin bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna xələl yetirmək məqsədi ilə müxtəlif mediya qrupları vasitəsi ilə qara PR aparması nəticəsində şirkətə maddi və reputasiya zərəri verdiyi üçün haqqında külli miqdarda təzminat tələbi ilə Türkiyə məhkəmələrinə müraciət edilmişdir. Bu məsələdə aidiyyəti olan bütün şəxslərin haqlı cəzalarını alması üçün bütün resursların səfərbər olunduğunu da bildirmək istərdik.

İnvestAZ şirkətinin komandası son 20 ildə olduğu kimi müştərilərinə dünya maliyyə bazarlarında daima yüksək səviyyəli xidmət göstərməyə və yenilikləri ilə sevindirməyə bundan sonra da davam edəcəkdir.

Bununla da Azərbaycan mətbuat və mediyasını, o cümlədən xəbər saytlarını diqqətli olmağa, yalan məlumatları yaymamağa, belə hallar olduqda məlumat yaymazdan öncə şirkətlə əlaqə saxlayaraq dəqiqləşdirmələrini məsləhət görürük. Əsas səhmdarımız eyni olduğu üçün bu növ möqeni  İnvestAZ İnvestisiya Şirkəti QSC-dən də öyrənə bilərsiniz".


Digər xəbərlər
SON XƏBƏRLƏR