“Ded Hasan”ın bacısı oğlu həbs olundu - VİDEO

img

08-11-2013 [09:51]


Yekaterinburqda polislər kriminal avtoritetlərin şəhər kafelərinin birində keçirilən növbəti "işgüzar söhbəti"ni yarıda kəsib.

ANS PRESS-in Rusiya mediasına istinadən verdiyi məlumata görə, iştirakçılardan 6 nəfəri polis məntəqəsinə aparılaraq, sorğu-sual edilib.

Polis bu ilin yanvar ayında qətlə yetirilən avtoritet, "Ded Hasan" ləqəbi ilə tanınan Aslan Usoyanın bacısı oğlu Timur Mirzoyevi başqa bir avtomobilə mindirərək, sürətlə başqa istiqamətə aparıblar.

Əməliyyatda iştirak edən Rusiya DİN-nin Cinayətkarlıqla mübarizə üzrə şöbənin rəisi Konstantin Stroqanovun qənaətinə görə, avtoritetlər öz aralarında təsir dairələrini artırmaq məsələsini müzakirə edirmişlər.

Əldə olunan son məlumata görə, T.Mirozeyev avtomobilə mindirilən zaman qəfildən ürək tutması baş verib və buna görə təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Əməliyyat zamanı əməliyyatçılar bəzi avtoritetlərin avtomobilindən "ağ toz" adlanan narkotik maddə bağlamaları, bıçaqlar və bir neçə ədəd travmatik tapança aşkar ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA