Azərbaycan səfiri etimadnaməsini Gürcüstanın XİN başçısına təqdim etdi - FOTO

img

23-09-2020 [17:51]


Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

D.Zalkaliani F.Quliyevi səfir təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir ümidvar olduğunu bildirib ki, iki ölkə arasında yüksək səviyyəli strateji və dostluq əlaqələri bundan sonra daha da dərinləşdiriləcək.

Mərasimdən sonra keçirilən görüşdə tərəflər Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini və gələcək əməkdaşlığın perspektiv və istiqamətlərini müzakirə ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR