Kamran Əliyev prokurorluğun şəhid olan əməkdaşlarının ailələri ilə görüşdü - VİDEO

img

23-09-2020 [16:56]


Sentyabrın 23-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun şəhid olan əməkdaşlarının ailələri ilə görüş keçirilib.

 Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, tədbirin məqsədi vətənimizin bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrin icrası ilə bağlı şəhid olan prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub. 

Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üvlərinə dərin hörmətini ifadə edərək onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb.

Tədbirdə çıxış edən şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açıb, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs ediblər.

Görüş zamanı çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş verən hadisələrlə bağlı ötən xatirələri bölüşərək prokurorluq orqanları əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olan əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

"Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən keçirilən tədbir ilə bağlı videomaterial hazırlanaraq sizə təqdim olunur. Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz", Mətbuat Xidmətindən bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR