Vasif Talıbovun övladları Bakıda 110 hektar torpaq sahəsi alıblar - Şok iddialar yayıldı
CƏMİYYƏT
23.09.2020, 14:23
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladları Seymur Talıbov və Bahar Talıbovanın Bilgəh qəsəbəsində dəniz qırağında 110 sot torpaq sahəsi var.
Belə ki, torpağı Sabunçu rayonu, Bilgəh qəsəbə bələdiyyəsi tərəfindən zəbt olunan Hacıyeva Sevil İsfəndiyar qızının hüquqlarını müdafiə edən hüququşünas Nicat Gözəlov Unikal.org-un redaksiyasına kifayət qədər sübutlarla dolu olan məhkəmə sənədləri təqdim edib.
Nicat Gözəlovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi S.Hacızadəyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 mart 1992-ci il tarixli 378 nömrəli sərəncamı ilə Bilgəh bağlar sahəsində 59 nömrəli Bağlar Təsərrüfatı Kooperativinin nəzdində 12 sot torpaq sahəsi olan 1865 nömrəli bağ verilib. Həmin sərəncama əsasən 108 nömrəli orderdə S.Hacızadəyə təqdim edilib. Orderdə xanımın istifadəsinə verilmiş bağın sərhədləri yerdə və xəritədə müəyyən edilmiş və sahə ölçülüb ona təhvil verilib:
"Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən sorğumuza verilən cavabda sərəncam və orderin hazıra qədər ləğv edilməsi ilə bağlı məlumat yoxdur. Həmçinin məhkəmədə cavabdeh tərəf olan DƏDRX-nin Bakı Ərazi İdarəsinin məktubunda da göstərilir ki, “Bakı şəhəri İcra hakimiyyəti başçısının 13 mart 1992-ci il tarixli 378 nömrəli sərəncamı ilə Sevil Hacızadəyə verilmiş 12 sot bağ sahəsinin digər şəxsin adına keçməsi barədə məlumat aşkar edilməyib”.
Bundan sonra cavabdehə qarşı “Bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair “ iddia qaldırdım. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.06.2017-ci il qərarı ilə iddiam qismən təmin edilmiş, iddiaçının “Bağ sahəsinə hüquqların daşınmaz əmlakın qeydiyyata alınması barədə” ərizəsinə məhkəmənin hüququ mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınıb. Həmin qərarın icrası ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsi yenidən sənədləri qəbul etmiş və 04.10.2017-ci il tarixli məktubla "adıçəkilən daşınmaz əmlakın mövcudluğunun, həmçinin sərhəd koordinatlarının yerində dəqiqləşdirilməsi öhdəliyinin qoyulması ilə bağlı məhkəmə qərarına dair Xidmətdə hər hansı məlumat aşkar edilməmişdir” kimi cavablandırmışdır. Bunun ardınca DƏDRX Bakı şəhər Ərazi İdarəsi 10.10.2017-ci il tarixli məktubunda bildirib ki, “aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır, ona görə də, ərizənin icrasından imitina edilir”.
Hüquqşünas Nicat Gözlovun təqdim etdiyi sənədlərdən aydın olur ki, 2007-ci il 05 avqust tarixində Sabunçu rayon Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən 55 sot torpaq sahəsini akt tərtib edərək 14 960 manat müqabilində Talıbov Seymur Vasif oğluna satıb. Bundan 20 gün sonra isə 2007-ci il 25 avqust tarixində eyni ərazidə Sabunçu rayon Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən digər 55 sot torpaq sahəsini akt tərtib edərək 14 960 manat müqabilində Talıbov Bahar Vasif qızına satıb.
Qeyd edək ki, həmin vaxt Bilgəh bələdiyyəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası kimi tanınan, dəfələrlə Milli Məclisin deputatı olan Hacı Qalib Salahzadə olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 17.04.2007-cil il tarixli Fərmanı ilə bələdiyyələrə ancaq hərrac yolu ilə öz ərazisində qeydiyyatda olan şəxslərə öz torpaqlarını satmağa icazə verilir. Alqı-satqı sənədlərindən görünür ki, Seymur və Bahar Talıbovlar Naxçıvan şəhər qeydiyyatındadılar. Həmçinin onu da xatırladaq ki, qanunvericilik ancaq 6 və ya 12 sot torpağın vətəndaşlara satılmasına imkan verir.
Həmçinin bələdiyyənin bağ torpaqlarını satmağa və ya idarə etməyə ixtiyarı yoxdur.
Bundan sonra Talıbovlar 2013-cü ildə bələdiyyədən aldıqları torpaqlara DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 0239067 və 0244240 saylı çıxarışlar alıblar. 28.06.2018-ci il tarixdə isə RX seriyalı 1332787 saylı çıxarış ilə Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, ev 24 ünvanında yerləşən 704 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqları Talıbova Bahar Vasif qızının adına hüquqi qeydiyyata alınmışdır.
Yəni 7 sot torpaq üzərində ev tikib sərəncam alıblar.
Məhkəmə sənədlərindən görünür ki, Sevil Hacızadəyə məxsus 18 165 saylı bağ sahəsi Seymur Talıbov tərəfindən mişar daşı ilə hasara alınmış ərazinin daxili hissəsində yerləşdiyi, torpaq sahəsinə olan giriş darvazası bağlı olduğundan içəri keçmək mümkün olmadığından və texniki baxış kənardan keçirilmiş və 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən 1865 saylı bağın həmin torpaq sahəsinin daxilində olduğu qeyd olunub. 9 metrlik hasardan içəri hətta ekspertləri və mühəndisləri də buraxmayıblar. Yəni Sevil Hacızadəyə məxsus 12 sot bağ torpağı Qalib Salahzadə tərəfindən Seymur Talıbova satılıb. Bununla bağlı Qalib Salahzadə ilk olaraq Sevil Hacızadəyə dəymiş ziyanı ödəməyə hazır olduğunu, hətta 200 min manat pul verməyə və ya başqa torpaq verəcəyini boyun olsa da sonradan sözündən imtina etmiş, “kimə istəyirsən şikayət elə” cavabını vermişdir.
Reallıq isə odur ki, Bilgəh qəsəbəsində dəniz qırağında 30 min manata 110 sot torpaq sahəsi bələdiyyə tərəfindən Talıbovlara satılıb, yəni dövlətin büdcəsinə həmin pul keçirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
Bugün, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
Bugün, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
Bugün, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
Bugün, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
Bugün, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
Bugün, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
Bugün, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
Bugün, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
Bugün, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
Bugün, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
Bugün, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
Bugün, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
Bugün, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
Bugün, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
Bugün, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
Bugün, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
Bugün, 15:23 ŞOU-BİZNES
-
Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - "Access Bank" "ələ keçirildi"
Bugün, 15:18 İQTİSADİYYAT
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarıldı və...
Bugün, 15:02 İQTİSADİYYAT
-
Sumqayıt xəstəxanalarında kütləvi yoxlama və... - Kimlər vəzifələrini itirdi? (TAM SİYAHI)
Bugün, 14:35 CƏMİYYƏT
-
General yeni idarənin rəisi təyin edildi
Bugün, 14:21 CƏMİYYƏT
-
MHP-dən Ərdoğanla Yavaşın qapalı görüşü haqda diqqətçəkən açıqlama: "AK Partiyaya qatılsa..."
Bugün, 14:10 SİYASƏT
-
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Bugün, 13:57 GÜNDƏM
-
İran prezidenti: "Dirənməliyik, çünki..."
Bugün, 13:16 DÜNYA
-
Milli Məclisdə müzakirə: magistratura təhsilinin müddəti 1 ilə endiriləcək?
Bugün, 13:04 CƏMİYYƏT
-
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 12:53 CƏMİYYƏT
-
Şahbaz Şərif Azərbaycana gəlir - Bu tarixdə
Bugün, 12:49 GÜNDƏM
-
Kinematoqrafçılar İttifaqının konfransı - Yeni sədr seçildi (Yenilənib)
Bugün, 12:44 MƏDƏNİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 CƏMİYYƏT
-
Xaçmazda əməliyyat: 7 nəfər saxlanılıb
Bugün, 12:26 KRİMİNAL
-
Dünyanın ən səbirli heyvanı: Saatlarla yerindən tərpənmir
Bugün, 12:22 CƏMİYYƏT
-
Bakıda yataqxanada meyit tapılıb
Bugün, 12:15 CƏMİYYƏT