Eldar Həsənovla bağlı cinayət işi: sabiq səfirin biznes ortağı deyilən sahibkar da həbs edildi
GÜNDƏM
23.09.2020, 09:59
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.
Mia.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
İstintaqın təqdimatı ilə Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.
Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin rəsmi sənədlərə istinadən yaydığı məlumata görə, Eldar Həsənova məxsus olan, 2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir. 27 milyon dollar civarında sabit investisiyaya malik “RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkəti Bəhruz Əsədbəyli, Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib. Fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır. "Dostoyevski", "Rus yıldızı", "Russian Gold", "1934 Rags" araqları, "Destan" rakısı, "MONTBLANC", "Rags" likör və şərabları ən məşhurlarıdır.
"Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqların olub. 2017-ci ildə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə Əkbər Fərəcova satıb. Əkbər Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb.
Bəhruz Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.
İddiaya görə, Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. E.Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verib.
Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti olan “MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin ortaqları isə keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir.
Xatırladaq ki, Eldar Həsənov barəsində də məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Bakcell”də hədiyyə mövsümü başladı
Bugün, 16:27 İQTİSADİYYAT
-
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bugün, 16:10 GÜNDƏM
-
Sabah Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:05 CƏMİYYƏT
-
Mərkəzi Bank ehtiyatları azaldı, qızıl ehtiyatı isə... - Bir həftədə 4.3 milyard dollar
Bugün, 16:03 İQTİSADİYYAT
-
“Trendyol” sifarişləri gecikir
Bugün, 16:00 İQTİSADİYYAT
-
Azərbaycan ordusu təlimdə - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
Bugün, 15:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir
Bugün, 15:20 GÜNDƏM
-
Arif Hacılının oğlu və gəlini həbs edildi – Saxta sənəd qalmaqalı
Bugün, 15:07 SİYASƏT
-
Ukraynanın işğal olunmuş bölgəsində aclıq hökm sürür - İNSANLAR OT YEYİR, BƏZƏN ÖLÜLƏR GÜNLƏRLƏ DƏFN OLUNMUR!
Bugün, 14:47 GÜNDƏM
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
Bugün, 14:29 GÜNDƏM
-
Ərdoğanla Zelenski Nyu-Yorkda bir araya gəldi: "Türkiyədə zirvə görüşü keçirməyə hazırıq"
Bugün, 14:14 DÜNYA
-
Mal əti niyə bahalaşır? - AÇIQLAMA + VİDEO
Bugün, 14:08 İQTİSADİYYAT
-
Pezeşkianın BMT-də çıxışı... - Azərbaycan nümayəndə heyəti zalı tərk edib?
Bugün, 13:59 SİYASƏT
-
Pünhan Priyevin toyunda 2 minə yaxın qonaq iştirak edib
Bugün, 13:46 ŞOU-BİZNES
-
Rusiya Ukraynada PUA bazaları ilə Logistika Mərkəzlərinə zərbə endirib
Bugün, 13:29 GÜNDƏM
-
Naxçıvan Müəllimlər İnstutunun NDU-ya birləşdirilməsi ilə bağlı komissiya yaradıldı
Bugün, 13:20 CƏMİYYƏT
-
Xəzərdə hərbi təlim: Qazaxıstanın 19 hərbçisini axın aparıb, onlardan 9-u həlak olub
Bugün, 13:13 DÜNYA
-
Qala Sığorta”nın qazancı azaldı - 16.8 milyon manat
Bugün, 12:54 İQTİSADİYYAT
-
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bugün, 12:45 GÜNDƏM
-
Qırıcı təyyarə Trampı narahat elədi - Çin liderinin qarşılanma mərasimində maraqlı an + FOTO
Bugün, 12:34 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
Bugün, 12:33 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:27 CƏMİYYƏT
-
Futbolçunun 2800 manatlıq ayaqqabısına lağ olundu - FOTO
Bugün, 12:19 İDMAN
-
"Çorum FK" klubu baş məşqçini istefaya göndərdi
Bugün, 12:14 İDMAN
-
Türkiyədə zəlzələ oldu - 5.8 bal gücündə
Bugün, 12:04 GÜNDƏM
-
“AzEuroTel”in qurucusu vəfat edib
Bugün, 11:50 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir
Bugün, 11:39 CƏMİYYƏT
-
İstanbulda Əl-Qaidə və İŞİD-ə qarşı əməliyyat: 11 nəfər qandallandı
Bugün, 11:29 KRİMİNAL
-
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istəyiblər
Bugün, 11:24 KRİMİNAL
-
Ukrayna ordusunun əsir götürdüyü Şimali Koreya əsgərləri bu ölkəyə göndərildi
Bugün, 11:20 DÜNYA
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 11:17 GÜNDƏM
-
YAP-ın QURULTAYININ VAXTI VƏ YERİ BƏLLİ OLDU
Bugün, 11:06 GÜNDƏM
-
Ronaldodan şok iddia: "Məni öldürmək istəyənlər var"
Bugün, 10:57 İDMAN