Ərdoğan Merkel və Şarl Mişellə 1 saat 40 dəqiqə çəkən görüşdə: "Biz Şərqi Aralıq dənizində prinsipial siyasəti davam etdirəcəyik"

img

22-09-2020 [17:50]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli videokonfrans formatında görüşü olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, 1 saat 40 dəqiqə çəkən görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri hərtərəfli şəkildə müzakirə olunub, Şərqi Aralıq dənizi əsas olmaqla, bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Ərdoğan Şərqi Aralıq dənizi mövzusunda konstruktiv və ədalətli yanaşma olduğu müddətdə fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilə biləcəyinin mümkün olduğunu vurğulayıb. Almaniyanın vasitəçilik cəhdlərini təqdir edən Türkiyə Prezidenti bu istiqamətdə atılan addımlara Yunanıstanın müsbət cavab verməsinin əhəmiyyətini qeyd edib. 

Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizi məsələsində Kipr türklərinin də mənafeyini əsas götürməklə prinsipial şəkildə qərarlı və aktiv siyasət yürüdəcəyini bir daha bəyan edib. O qeyd edib ki, bu istiqamətdə keçirilən görüş bütün tərəflərin xeyrinə olacaq. 

24-25 sentyabr tarixlərində Aİ liderlərinin zirvə görüşündən də müsbət gözləntiləri olduğunu bildirən Türkiyə Prezidenti gömrük, miqrantlar məsələsində də faydalı addımlar atılacağına ümid etdiyini söyləyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR