Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
22-09-2020 [16:49]
“Ermənistan hakimiyyəti Livan və Suriyadan olan erməniləri Azərbaycanın işğal altındakı torpaqlarına köçürərək minlərlə insanın taleyi ilə oynayır”.
Bunu gürcü siyasi ekspert Tengiz Txilava deyib.
O bildirib ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi beynəlxalq hüquqa ziddir və Ermənistan bu siyasəti işğalın ilk illərindən bəri yürüdür: “Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında etnik tərkibi süni şəkildə dəyişdirməyə çalışması beynəlxalq hüquqa ziddir. Ermənilər qondarma “Artsax Respublikası” haqqında nə qədər danışırlar danışsınlar, hər kəs bu bölgənin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğunu yaxşı bilir. Ermənistanın bu bölgədə etnik mənzərəni süni şəkildə dəyişdirməyə çalışması yeni hadisə deyil. Əslində, Ermənistan bu prosesə işğalın lap əvvəllərindən azərbaycanlı əhalini bu bölgədən didərgin salmaqla başlayıb. Ermənistan hakimiyyəti Livan və Suriyadan olan ermənilərin işğal altındakı ərazilərə köç etdirilməsinə çalışaraq minlərlə insanın taleyi ilə oynayır. Çünki bu ərazilərdə qeyri-qanuni şəkildə yeni məskunlaşmış insanlar məsələnin mahiyyətinin xəbərdar olmasalar belə, gec-tez bölgəni öz həqiqi sahiblərinə qaytarmalı olacaqlar”.
PKK terror təşkilatının, həmçinin Yaxın Şərqdən olan digər terrorçu qruplaşmaların üzvlərinin Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirən siyasi ekspert qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin bölgədə vəziyyəti gərginləşdirmək siyasətinin tərkib hissəsidir: “Dağlıq Qarabağda terror təşkilatlarının istifadəsi kifayət qədər məlum bir həqiqətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif beynəlxalq forumlardakı çıxışlarında bunu dəfələrlə vurğulayıb. Bütün bunlar yayda törədilən təxribatlarla birlikdə ona dəlalət edir ki, müəyyən dairələr tərəfindən Paşinyana bəslənən ümidlər boşa çıxıb. Ermənistanın Baş naziri öz mövqeyinin girovuna çevrilib və onun başqa cür hərəkət etməsi sadəcə mümkün deyil. Bura mövcud vəziyyətdə heç bir dəyişiklik istəməyən, yaranmış gərginlikdən öz məqsədləri üçün istifadə etməyə çalışan üçüncü tərəfləri də əlavə edə bilərik. Bütün bunlara əsasən deyə bilərik ki, Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”/APA.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib