Gürcüstan hökuməti: “Təşvişə əsas yoxdur"

img

22-09-2020 [15:54]


“Gürcüstanda hazırkı epidemioloji vəziyyət nəzarət altındadır və idarə olunandır”.

Bu barədə Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, ölkədə fövqəladə vəziyyətin elan edilməsi və sərt məhdudiyyətlərin tətbiqi planlaşdırılmır: “Təşvişə əsas yoxdur. Bu və ya digər bölgədəki mövcud epidemioloji vəziyyətdən asılı olaraq lokal məhdudiyyətlərin tətbiqi istisna edilmir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR