Baş prokuror Rüstəm Usubovla Namiq Əsgərovu qəbul etdi - FOTOLAR
22-09-2020 [14:49]
Sentyabrın 22-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən veteran prokurorluq işçiləri ilə görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iştirakçıları salamlayan Baş prokuror Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətində yeni bir dövrün başlandığı prokurorluq orqanları tərəfindən müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlərin, o cümlədən görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktlarının, dövlət əmlakının mənimsənilməsi və bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələrinin istintaq edildiyini bildirib.
Prezident İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərildiyini vurğulayan Baş prokuror mühüm dövlət təsisatlarından biri kimi prokurorluq orqanlarının maddi-sosial bazası üçün yaradılmış təminatlar barədə söz açıb.
Tədbir zamanı Azərbaycan Prokurorluğunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması qeyd olunub.
Daha sonra görüş zamanı Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında şərəfli yol keçmiş veteranlara son zamanlar prokurorluq orqanlarında həyata keçirilmiş kadr islahatları barədə məlumat verib.
Tədbir zamanı Prezidenti İlham Əliyevin 21 may 2020-ci tarixli Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif olunmuş Baş prokurorun sabiq müavinləri Rüstəm Usubov və Namiq Əsgərova dövlət mükafatları, prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əmək veteranı” adı ilə təltif olunmuş bir qrup prokurorluq işçilərinə isə vəsiqələr təqdim edilib.
Görüş zamanı prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışılmış, ötən günlər xatırlanıb.
Prokurorluq orqanlarında uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu vurğulayan veteran işçilər prokurorluq peşəsinin çox şərəfli və məsuliyyətli bir peşə olduğundan, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar.
Bundan başqa, veteran prokurorluq işçiləri insan hüquq və azadlıqlarının təmini, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təkliflər veriblər.
Təşkil olunan görüşə görə təşəkkürlərini bildirən veteranlar belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq gənc əməkdaşların prokurorluq veteranlarının təcrübəsindən daim yararlanaraq peşəkarlıqlarını artıracağını diqqətə çatdırıb.
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, ötən illərdən bağlı qalmış cinayətlərin açılmasında, habelə cinayətkarlığın profilaktikası və təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanılacağını vurğulanıb.
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar