Azərbaycan Ordusunun zirehli texnikaları hərəkətə gətirildi - VİDEO

img

22-09-2020 [13:39]


Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:28 22.10.2020

BU YOL ŞUŞA YOLUDUR...