Bakıda sürücünü 5 nəfər döyərək maşınını qaçırdı

img

22-09-2020 [12:32]


Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR