Ermənistanda daha 117 nəfərdə koronavirus aşkarlanıb

img

22-09-2020 [10:53]


Ermənistanda daha 117 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 667-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 938-ə çatıb. İndiyədək 42 676 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 765 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR