Bakı Olimpiya Stadionunun yaxınlığındakı yanğın söndürüldü

img

21-09-2020 [19:14]


Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mia.az FHN-ə istinadla xəbər veirr ki, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR