Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb - FOTO

img

21-09-2020 [18:20]


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR