Tibbi maska taxanların virusa yoluxmaları azalır: nəticədə xəstəlik yüngül, yaxud əlamətsiz keçir.

img

21-09-2020 [14:03]


Tibbi maska taxanların virusa yoluxmaları azalır ki, nəticədə xəstəlik yüngül, yaxud əlamətsiz keçir.

“Report” “Express”ə istinadən xəbər verir ki, bəzi tədqiqatçılara görə maska taxmaq koronavirusa qarşı immun gücünü artırır.

Son məlumatlara görə, xəstəlik yüngül və ya əlamətsiz keçsə belə orqanizmin immun cavabı nəticəsində müqavimət gücü xeyli artmış olur.

Bununla yanaşı, orqanizmin müqavimət gücünü artırmağın bir səmərəli vasitəsi kimi variolasiya deyilən az miqdarda virusu yeritmək üsulu da məlumdur. Lankaster Universitetinin fəxri doktoru Culian Tanqın fikrincə, variolasiya da immun gücünü yumşaq şəkildə artırmaqla tibbi maskanın qoruyucu səmərəsini artıra bilər. Lakin ekspertin dediyinə görə, bu fərziyyəni təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA