Kəmaləddin Heydərovun oğlu məhkəməyə verilib

img

20-09-2020 [16:14]


Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Ali Məhkəmədə torpaq iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.

Məlumata görə, Tale Heydərov Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt edib. Bundan sonra qadın yerli məhkəməyə müraciət etsədə məhkəmə prosesini uduzub. Qadın hüququndan istifadə edərək 1-ci instansiya məhkəməsinin qərarından Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Hakim Fehruz Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Çinarə Əliyeva növbəti dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib. Sentyabr ayının 14-də hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qadının kassasiya şikayəti təmin edilməyib, qətnamə isə dəyişdirilmədən saxlanılıb. 

Ali Məhkəmədə qətnamənin qüvvədə saxlanılmasını Çinarə Əliyevanın vəkili Ağabba Qədirov təsdiqləyib. /Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA