ABŞ-Kanada sərhədi açılacaq

img

20-09-2020 [10:54]


ABŞ və Kanada arasında olan sərhədin yaxın vaxtda açılması gözlənilir.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Kanada tərəfi ölkələr arasındakı sərhədin mümkün qədər tez açılmasını istəyir: "Normal iş rejiminə qayıtmaq istəyirik, sərhədləri çox yaxında açacağıq".

Xatırladaq ki, ABŞ-Kanada sərhədinin bağlanması ilə bağlı qərar COVID-19 pandemiyası fonunda qəbul edilmişdi. Sonuncu dəfə Kanada sərhədləri 30 sentyabr tarixinə qədər bağlamışdı./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR