BDU-da skandal: "Yorulmuş atları güllələyirlər..." - Məşhur professoru universitetə niyə buraxmayıblar? + Açıqlama
19-09-2020 [20:45]
“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim”.
Mia.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, qocaman jurnalist Nəsir Əhmədli bildirib.
Professorun sözlərinə görə, mühafizəçi onun vəsiqəsinə baxandan sonra təəssüflə başını yelləyərək deyib:

“- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
- Niyə ki?
- Yaşınız 65-dən çoxdur".
N.Əhmədli hadisədən çox təsirləndiyini qeyd edib:
"Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.
Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...”.
***
Bakı Dövlət Universiteti (BDU) ali təhsil müəssisəsinin Jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədlinin universitetə buraxılmaması ilə bağlı məlumatlara izahat verib.
Mia.az xəbər verir ki,BDU-nun yaydığı məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq cari ilin 3 mart tarixindən bütün təhsil müəssisələrində, o cümlədən BDU-da tədris və təlim-tərbiyə prosesi dayandırılıb, tədris məsafədən (distant formada) təşkil edilib:
“Yay imtahan sessiyası dövründə, qanunvericiliyə uyğun olaraq, yalnız onlayn imtahan sessiyasının təşkili məqsədilə məhdud sayda əməkdaş işə cəlb olunub. Bakı Dövlət Universitetində xüsusi karantin rejiminin tələblərinə hər zaman ciddi əməl olunub, əməkdaşların təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülüb və görülməkdə davam edir. Hazırda əyani formada tədris və təlim-tərbiyə prosesinin təşkili üçün bütün tələblərin yerinə yetirilməsi istiqamətində vacib işlər görülür.
2020/2021-ci tərdis ilində tədrisin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilib, Azərbaycan Respublikasının Təhsil naziri bu barədə 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli müvafiq əmr imzalayıb. Göstərilən Qaydanın 4.2.1-ci bəndinə görə, əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqdır. BDU-nun rəhbərliyi bütün struktur bölmələrinə yaşı 65-dən yuxarı olan hörmətli pedaqoqlarımıza ehtiyac yarandığı təqdirdə lazımi texniki dəstəyin göstərilməsi, eyni zamanda ehtiyac olarsa dərslərini daha gənc pedaqoqların əvəz etməsi barədə tapşırıq verib”.
Məlumatda deyilir ki, ölkəmizin 101 yaşlı ali təhsil müəssisəsi olan BDU hər zaman qocaman, ağsaqqal pedaqoqlarına hörmətlə yanaşıb, onların öz zəngin təcrübələrini, biliklərini tələbələrə, gənc pedaqoqlara çatdırmaları üçün bütün şəraiti yaradıb:
“Təsadüfi deyil ki, Universitet üzrə qərarların qəbul edilməsində BDU-nun Ağsaqqallar Şurasının rəyinə, ustad pedaqoqların məsləhətlərinə böyük önəm verilir. Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” ustad jurnalistə “sayğısızlıq” deyil, qanuna “SAYĞI”, BDU-nun öz qocaman pedaqoqlarına “QAYĞI”sı kimi qəbul edilməlidir. Professor Nəsir Əhmədli BDU-nun ağsaqqal, təcrübəli və ustad professorlarındandır. Bu gün də həvəslə peşəkar jurnalist kadrların hazırlanmasında əvəzsiz rol oynayır. Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində ustad müəllim kimi mübarizə aparır. Bu yorulmaz elmi və pedaqoji fəaliyyətinə görə ötən il BDU-nun 100 illik yubileyi münasibətilə “3-cü dərəcəli Əmək Ordeni” və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Bir daha bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, sensasiya xatirinə əsassız informasiyalar yayıb, Universitetdə aparılan islahatlara, görülən işlərə kölgə salmasınlar. Professor Nəsir Əhmədlinin öz sosial şəbəkə hesabında qeyd etdiyi kövrək duyğularını bu cür yozmaq qəbuledilən deyil”.
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (FOTO)
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı