Tramp Assanjı əfv etmək şərtini açıqlayıb

img

18-09-2020 [18:06]


ABŞ prezidenti Donald Tramp “WikiLeaks”in qurucusu Culian Assanjı bağışlamağa hazırdır. Amma bir şərtlə ki, o, Demokratlar Partiyasının serverlərində saxlanılan məktubların mətnlərini kimdən aldığını desin.

Bu barədə “Reuters” Assanjın vəkilinə istinadən məlumat yayıb.

2016-cı ildə Demokratlar Partiyasının serverlərindəki gizli məlumatların dərc edilməsi Donald Trampın rəqibi Hillari Klintonun seçki kampaniyasına təsir göstərən mənfi amillərdən biri olmuşdu. H.Klinton özü sızmanı məğlubiyyətinin əsas səbəblərindən biri adlandırmış və serverlərin “sındırılma”sına görə rusiyalı hakerləri günahlandırmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR