Müəllimə şagirdinə seks təklif etdi, işdən qovuldu

img

07-11-2013 [10:30]




Yeniyetmə şagirdinə Facebookdan seks təklif edən 28 yaşlı incəsənət müəllimi Lindsi Blek işindən uzaqlaşdırılıb.

Ailem.az-ın xarici KIV-ə istinadən məlumatına görə, müəllimə Cənubi Uelsin Nyuport şəhərindəki Roma-Katolik məktəbində dərs dediyi vaxt 6-cı sinif şagirdlərindən "kim bakirədir?”, - deyə soruşaraq hələ sekslə məşğul olmayan şagirdlərin ayağa durmağını istəyibmiş. Başqa bir sinifdə isə "Mən heç vaxt etməmişəm” adlı "oyun oymağı” təklif edib və uşaqlardan sekslə məşğul olub-olmadıqlarını beləcə öyrənib.

Məktəb rəhbərliyinin dediyinə görə, şagird A. sinif yoldaşlarına Miss Blekin ona Facebookdan yazdığı ismarışları göstərib. İsmarışlarda müəllimə şagird A. ilə sekslə məşğul olmağı arzuladığını yazıb və onu görüşə çağırıb.

Miss Blek özünü sinifdə ana kimi aparır, amma əsasən şagird A. ilə maraqlanırmış. Sonra onu Facebookda taparaq ismarış göndərib. Əvvəlcə kurs işi barədə, sonra alkoqol və seks barədə danışıblar.

Miss Blek hətta şagirdin sevgilisini də münasibətləri ilə bağlı sorğu-suala çəkibmiş.

Uşaqlara seks barədə suallar verən, onları seksi imitasiya etmələrini istədiyini boynuna alan müəllimə bunu uşaqların "obraz”a daha rahat daxil olmaları üçün etdiyini deyib.

Blek iki il əvvəl də oxşar hadisə ilə bağlı polisə çağrılıb, amma sübutların yetərsizliyindən ona qarşı hər hansı tədbir görülməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA