“Mənim Bakcellim” – Mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
18-09-2020 [15:15]
2018-ci ildə istifadəyə verilmiş “Mənim Bakcellim” Azərbaycanın mobil rabitə bazarında ilk virtual müştəri xidməti tətbiqetməsidir.
"Bakcell"dən Mia.az-a verilən məlumata görə, müştəri və şirkət arasında şəxsi rəqəmsal interfeys olan “Mənim Bakcellim” 700 min nəfər istifadəçi ilə yerli telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir.
“Mənim Bakcellim” Azərbaycan üzrə “həyat tərzi” və “məhsuldarlıq” kateqoriyalarında daim ən yüksək yerlərdə olmaqla, Google Play və App Store mağazalarında 4.6 və 4.4 kimi yüksək müştəri reytinqinə malikdir.
““Mənim Bakcellim” sayəsində biz abunəçilərimizə heç bir yerə getmədən və vaxt itirmədən smartfon vasitəsilə öz mobil nömrələrinə tam nəzarət etmək imkanı yaradırıq. Sosial məsafənin saxlanılmasının vacib olduğu və fiziki ünsiyyətin tövsiyə olunmadığı bir vaxtda bu xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, “Mənim Bakcellim” Azərbaycanda iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri olan rəqəmsallaşma prosesinə böyük töhfədir. Bu tətbiq mobil operator və abunəçi arasında ünsiyyəti tam yeni bir rəqəmsal mərhələyə çatdırır”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
İl ərzində Bakcell abunəçiləri tərəfindən 17 milyon dəfədən çox istifadə olunmuş “Mənim Bakcellim” ən üstün müştəri təcrübəsi təmin etməklə məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. Abunəçinin gündəlik müştəri xidmətlərinə olan ehtiyacları sadəcə “bir klik” məsafəsində smartfonun ekranındadır. Çünki balansı, qalıq meqabayt və dəqiqələri, aylıq ödənişin tarixini görmək və yaxud balansı mikrokredit vasitəsilə dərhal artırmaq üçün proqramda əlavə bölməyə girməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” paket təkliflərini müqayisə etmək və almaq, tarifi dəyişmək, nömrənin istifadə tarixçəsinə və xərclənən məbləğlərə baxmaq kimi bir çox əlverişli funksiyalara malikdir.
Həmçinin, “Mənim Bakcellim” tətbiqinin daxilində təqdim olunan onlayn çat vasitəsilə abunəçilər Bakcell Müştəri Xidməti ilə əlaqə saxlayıb bütün suallarına tez bir zamanda cavab ala bilirlər. Bu platforma daxilində müştəri xidməti əməkdaşları cəmi bir neçə saniyə ərzində abunəçilərin sorğularını cavablandırırlar.
“Mənim Bakcellim” bir neçə hesabın idarə edilməsi, rouminq paketlərinin rahat şəkildə əldə olunması, ən yaxın Bakcell mağazalarını tapmaq üçün xəritə, Ulduzum partnyorlarından endirimlər və ən əsası zəng olunan nömrələr və xərclənən məbləğlərin siyahısı kimi unikal funksiyalara malikdir.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı